Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:53

«Əhməd bəyin Qarabağ nizamlanmasında təşəbbüsləri olacağına inanıram»


Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu, Kanat Saudabayev və Ruslan Kazakbayev avqustun 5-də Türkiyənin Bodrum şəhərində qeyri-formal görüş keçiriblər. Bu barədə məlumatı Türkiyə mediasına istinadən Trend Agentliyi yayıb.

Görüşdə Mərkəzi Asiya məsələləri, Qırğızıstanda baş verən hadisələrdən sonra bölgədə yaranmış vəziyyət və enerji məsələsi müzakirə olunub.

XİN başçılarının birgə mətbuat konfransında Əhməd Davudoğlu bu il İstanbulda keçiriləcək türkdilli ölkələrinin sammitində Türk Dünyası Şurasının daimi Katibliyinin yaradılacağına ümid etdiyini bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini öz türkiyəli həmkarı ilə müzakirə etdiyini bildirib.

«Türkiyə beynəlxalq arenada çox hörmət edilən bir dövlətdir. Buna görə Əhməd bəyin Qarabağ nizamlanmasında çox səmərəli təşəbbüsləri olacağına inanıram», - deyə Məmmədyarov bildirib.

Mini-sammit cümə günü də davam edəcək. Sammit çərçivəsində Davudoğlunun nazirlərlə ikitərəfli görüşlər keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG