Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:56

Müxalifətdə olan siyasi xadim həbs olunub


Qırğızıstanda müxalifətdə olan siyasətçi Urmat Barıktobasov və onun 26 yaxın tərəfdaşı saxlanıb.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

Onun minlərlə tərəfdarı bu gün ölkə paytaxtı Bişkekdə, parlament binasının qarşısında etiraz aksiyası keçirib.

Aksiyaçılar liderlərinin qarşıdan gələn parlament seçkilərinə buraxılması və 5 il bundan əvvəl dövlət çevrilişinə cəhdlə bağlı ona qarşı irəli sürülmüş itihamların geri götürülməsini tələb ediblər.

Həmçinin Barıktobasovun Bişkekdəki aksiyaya qoşulmaq istəın digər tərəfdarları bu gün şəhər ətrafındakı yolları bağlayıblar.
Amma polis kütləni dağıdıb.
XS
SM
MD
LG