Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:09

Keçmiş Liberiya lideri supermodel Kempbelə brilyant hədiyyə edibmiş


Supermodel Naomi Kempbel
Supermodel Naomi Kempbel

Britaniyalı supermodel Naomi Kempbel keçmiş Liberiya lideri Çarlz Teylora qarşı şahid ifadəsi verib. Avqustun 5-də Haaqada keçirilən məhkəmədə Bibliyaya and içən Kempbel deyib 1997-ci ildə ona bir torbada bir neçə çirkli daş verilib. Sonradan ona deyiblər ki, yəqin bu Liberiya lideri Teylorun göndərdiyi işlənməmiş brilyantlar olan hədiyyədir.

ÇİRKLİ DAŞLAR NƏ İDİ?

Kempbel bildirib ki, 1997-ci ilin sentyabrında Cənubi Afrikanın o zamankı prezidenti Nelson Mandelanın Uşaq Fondunun təşkil etdiyi bir tədbirdə iştirak
etmək üçün bu ölkədə olub. Teylorun da iştirak etdiyi bir nahar məclisindən sonra Mandelanın evində yatıb.
Gecə onun qapısını döyüblər, açanda iki nəfər əllərindəki torbanı ona verib:

- Mən torbanın içərisində daşlar gördüm. Onlar çox balaca, çirkli görünən daşlar idi.

Liberiya lideri Çarlz Teylor Naomi Kempbelin ifadəsini dinləyir, 5 avqust 2010

Kempbel danışır ki, o, həmin vaxt bu daşların brilyant olduğunu bilməyib. Amma ertəsi gün əhvalatı keçmiş agenti və aktrisalara danışanda ona deyiblər ki, çox güman, onlar brilyantdırlar və onu Teylor hədiyyə edib. Dediyinə görə, o zaman Teylor haqqında heç nə bilmirmiş:

HEÇ LİBERİYA HAQQINDA EŞİTMƏMİŞDİM...

- Mən bunu göndərən adamın kimliyini yalnız təsəvvür edə bilərdim. O günə qədər mən Çarlz Teylor haqqında heç nə eşitməmişdim. Heç Liberiya haqqında da bir şey bilmirdim. O vaxta qədər işlənməmiş brilyant haqqında da bilgim yoz idi, bunları yalnız fərz edə bilərdim.

Kempbel bildirib ki, o, daşları bir dostuna verib ki, satıb pulunu xeyriyyə təşkilatlarına bağışlasın...

Jurnalistlər mətbuat otağından Kempbelin ifadəsini izləyirlər, 5 avqust 2010

Supermodelin danışdığı əhvalatın özü və tarixi prokurorlar üçün önəmlidir. Onlar deyirlər ki, əgər əgər Naomi Kampbelin dedikləri doğrudursa, bu, Teylorda işlənməmiş brilyantlar olduğunu təsdiq edə bilər.

Çarlz Teylor 1996-2003-cü illərdə Liberiyanın prezidenti olub. BMT-nin Syerra-Leoneyə dair Məhkəməsi 2003-cü ildə ona qarşı ittiham irəli sürüb. 1996-cı ildə həbs edilib. Məhkəmə onu Syerra-Leonedə müharibə cinayətlərində, bəşəriyyət əleyhinə cinayətlərdə ittiham edir. Ona qarşı 11 cinayət üzrə ittiham elan edilib.

SİLAHLA BRİLYANTLARIN MÜBADİLƏSİ

İndi prokurorlar şübhələnirlər ki, Çarlz Teylor Syerra-Leonedəki yaraqlılara silah satıb, əvəzində də onlardan işlənməmiş brilyantlar alırmış. 1991-2002-ci illərn vətəndaş müharibəsi zamanı yaraqlılar həmin silahlartdan istifadə ediblər.

Amma Teylorun müdafiəsi bildirir ki, Kempbelin ifadələri yalnız təxminlər üzərindədir və bunlar keçmiş Liberiya liderinə qarşı istifadə edilə bilməz.

Prokurorlar gələn həftənin bazar ertəsi Naomi Kempbelin keçmiş agenti Karol Uayt və aktrisa Mia Farrounu da dindirəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG