Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

Moskva ilə Zaqatala arasında birbaşa reys açılacaq


İlin sonunadək Moskvayla Zaqatala arasında birbaşa təyyarə reysi açılacağı gözlənilir.

Bu barədə APA agentliyi Zaqatala Hava Limanının rəisi Nizami Babayevə istinadla xəbər verir.

Nizami Babayev reyslərin «Boeing-757» təyyarəsi ilə həyata keçiriləcəyini deyir.

O, qeyd edib ki, buna görə Zaqatala Hava Limanında uçuş zolağının uzadılması nəzərdə tutulub.
Yaxın günlərdə rusiyalı mütəxəssislərin Zaqatalaya səfəri və bundan sonra təlim uçuşları gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanın Bakı, Gəncə, Naxçıvan və Lənkəran şəhərləri ilə Moskva arasında birbaşa təyyarə reysləri mövcuddur.

XS
SM
MD
LG