Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Aclıq edən müxalifətçilərdən 9-u aksiyanı dayandırıb


Binəqədi müvəqqəti saxlanma təcridxanasında aclıq aksiya keçirən 10 müxalifətçidən 9-u aclığı dayandırıb. İşgəncələr Əleyhinə Komtənin sədri Elçin Behbudov AzadlıqRadiosuna bildirb ki, o, məlumatı təcridxana rəhbərliyindən alıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, aksiyaçılardan aclığı dayandırmağı partiya rəhbərliyi xahiş edib: “Partiya sədri Əli Kərimli onlara müraciət etmişdi. Yəqin ki, onun müraciətini nəzərə alıblar”.

Elşin Behbudov yalnız Fikrət Cəfərovun aclığı dayandırmadığını bildirir. Aclıq aksiyası keçirmiş müxalifətçilər iddia edirlər ki, onlar təcridxanaya gətirildikləri günün səhəri içəri bir mülki geyimli şəxs girib və onları təhqir edib. Elçin Behbudov həmin şəxsin kimliyini müəyyənləşdirəcəklərini deyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə deyilənləri təkzib ediblər. Mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov təcridxanaya mülki geyimli şəxs kimi yalnız müstəntiqin girə biləcəyini deyib və qeyd edib ki, müxalifətçilərin aclıq aksiyası keçirməsi onların özlərini gündəmdə saxlamasından başqa bir şey deyil.

Binəqədi müvəqqəti saxlanma təcridxanasında saxlanılanlar iyulun 31-də müxalifət partiyalarının Bakıda keçirdikləri etiraz aksiyasında saxlanılıblar və on günlük həbs ediliblər.

XS
SM
MD
LG