Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

BMT-nin baş katibi Naqasakidədir


Bu gün BMT-nin baş katibi Ban Ki-Mun Yaponiyanın Naqasaki şəhərində İkinci Dünya Müharibəsinin sonunda bu şəhərə atılmış atom bombasından ziyan çəkən adamlarla görüşüb. Sabah isə o Hirosimaya gedəcək.

Ban Ki-Mun Hirosima və Naqasakiyə baş çəkən ilk BMT baş katibidir.

1945-ci ildə ABŞ-ın Hirosimaya atdığı atom bombası nəticəsində 140 mindən artıq insan həlak olmuşu. Bundan 3 gün sonra isə ABŞ Naqasakiyə atom zərbəsi endirmişdi və daha 70 min adam ölmüşdü.

XS
SM
MD
LG