Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb


Ali məktəblərə tələbə qəbulunun nəticələri açıqlanıb. Bakalavr pilləsi üzrə 30 min 180 yer uğrunda 32 mindən çox abituriyent mübarizə aparıb.

Tələbə Qəbulu Dövlət Komissiyasından AzadlıqRadiosuna verilən məlumata görə, ali məktəblərə 27 700 abituriyent qəbul olunub. Beynəlxalq müsabiqələrin qalibi olmuş 53 nəfər müsabiqədən kənar ali məktəblərə qəbul edilib.

Abituryentlər yerləşdirmənin nəticələri barədə barədə məlumatları www.tqdk.gov.az saytından və “İmtahancell” xidməti vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 6-da «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı avqustun 6-da “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

XS
SM
MD
LG