Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 15:45

Bu gün ixtisas seçiminin nəticələri açıqlanacaq


Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ixtisas seçimi üzrə nəticələri bu gün saat 21:00-da açıqlanacaq.

Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb-saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.

Qeyd edək ki, ötən gün qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəmiş abituriyentlərin ixtisas seçimi üçün nəzərdə tutulmuş vaxt başa çatıb.

Müsabiqəyə buraxılan 33 mindən çox abituriyentin 32 241 nəfəri ərizəsini təsdiqlədib, 700-ə yaxın abituriyent isə ərizəsini təsdiqlətməyib.

XS
SM
MD
LG