Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

İran mətbuatı Əhmədinejada hecum edilmədiyini yazır


İranın dövlət mediası prezident Mahmud Əhmədinejada sui-qəsd edilməsi ilə bağlı yayılmış məlumatın doğru olmadığını xəbər verir.

Bundan əvvəl Həmədan əyalətində Mahmud Əhmedinejadın kortejinə qumbara atıldığı və bir neçə adamın yaralandığı xəbər verilmişdi.

Amma İranın mühavizəkar Khabaronline.ir saytı məlumatın yalnış olduğunu xəbər verir.

Frans Press agentliyi İran prezidentinin mətbuat xidmətinə istinadla partlayanın ətrafdan ötən fişəng olduğunu xəbər verir.

Az zonra Mahmud Əhmədinejadın canlı efirlə çıxışı yayımlanıb.O,insident barədə bir şey deməyib.
XS
SM
MD
LG