Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:34

Pakistan hökuməti ölkədəki vəziyyəti müzakirə edir


Pakistan hökuməti daşqınla bağlı ölkədə yaranmış vəziyyəti müzakirə edir.

Baş nazir Yusif Rza Gilaninin rəhbərlik etdiyi iclasda əsasən xilasedici əməliyyatların gedişi və ölkəyə dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Daşqın nəticəsində 1500-ə yaxın adam ölüb, 3 milyondan çox adama ziyan dəyib,10 minlərlə ev, milyonlarla hekdar zəmini su basıb,körpü və yollar dağılıb.

Bu son 80 il ərzində əlkədə baş vermiş ən güclü daşqındır.

Almaniyadan olan yardım təşkilatının nümayəndəsi Dirk Anqemer bildirib ki, Xayber Paxtinxva əyalətində kəndlər yer üzündən silindiyinə görə, indi diqqət xəstəliklərin yayılmasına qarşı mübarizəyə yönəldilməlidir.
XS
SM
MD
LG