Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

ADNA işində müttəhimlər əsl cinayətkarların cəzalandırılmasını tələb ediblər


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il Neft Akademiyasında törədilmiş kütləvi qətllə bağlı məhkəmə prosesdə müttəhimlər son sözlə çıxış ediblər.

İttiham olunanlardan biri Nadir Əliyev bildirib ki, o təqsirkar deyil. Istintaqdakı ifadəsini işgəncələr altında verib. Müttəhim Cavidan Əmirov da günahsız olduğunu bildirib. Məhkəməni bu cinayətdə əsl günahı olanları cəzalandırmağa çağırıb. Müttəhimlər Nəcəf Süleymanovla Ariz Qabulov da məhkəmədən onlara bəraət verilməsini xahiş ediblər.

Məhkəmə qeyri-müəyyən müddətə qədər fasilə elan edib.

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov silahla Neft Akademiyasının binasına daxil olaraq 12 nəfəri öldürüb, 13 nəfəri yaraladıqdan sonra özünü güllələmişdi.

Məhkəmə qarşısında dayanan müttəhimlər cinayətin hazırlanmasında bağlılıqda ittiham olunurlar. Dövlət ittihamçısı onlardan birinə 11 il, qalanlarının ömürlük cəza verilməsini tələb edib.

XS
SM
MD
LG