Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Azərbaycanın iki vertolyotu Rusiyada yanğınları söndürəcək


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin iki vertolyotu bu gün səhər yanğınların söndürülməsində iştirak etmək üçün Rusiyaya uçub.

Dörd şəxsi ekipajdan ibarət Mi-17 və Ka-32 markalı vertolyotlar Mahaçqala-Stavropol-Rostov-Voronej və Lipetsk marşrutu ilə yola düşüblər. Bu barədə Azərbaycan FNH-dən məlumat veriblər.

Avqustun 5-də yanğınların söndürülməsinə başlayacaq vertolyotlar Rusiyada iki həftə işləyəcək.

Yanğınların söndürülməsi üçün Rusiyada istifadə olunan aviasiya texnikasının ümumi sayı 60-a yaxındır. Yanğınların söndürülməsində Ukrayna aviatexnikası da iştirak edir.

XS
SM
MD
LG