ABŞ Avropanın 13, Yaponiyanın 1, İranın 7 şirkətinə qarşı sanksiyalar qəbul edib. ABŞ-ın Maliyyə Nazirliyinin məlumatına görə, həmin şirkətlər İran hakimiyyəti ilə əməkdaşlıq edib və rəsmi Tehrana beynəlxalq sanksiyalardan yan keçməyə kömək ediblər.
Söhbət banklardan, sığorta, investisiya və hasilat sənayesi sahəsində çalışan şirkətlərdən gedir.
Qara siyahıya salınmış şirkətlərdən ikisi Belorusda qeydiyyatdan keçib.