Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:18

Xaricdə təhsil almış gənclər bir yerə toplaşır


Avqustun 20-21-də «Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu» keçiriləcək.

Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilir.

Nazirliyin verdiyi məlumata görə, forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir.

Forumun birinci günü rəsmi hissə (çıxışlar, məruzələr, plenar iclas və qrupda müzakirələr), ikinci günü isə Azərbaycanın Qəbələyə səyahətdən ibarət olacaq.
Forumda iştirak etmək üçün, xaricdə təhsil almaq və ya məzun olmaq şərtdir.
XS
SM
MD
LG