Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:42

Dindarlara hökm oxunub


Bu gün Yasamal rayon Məhkəməsində fevralın 13-də Bakıda icazəsiz aksiya zamanı həbs edilən 5 nəfər dindarın işi üzrə məhkəmə prosesi sona çatıb. Xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimətdə ittiham olunan Elçin Abbasov və Seymur Hüseynov 4 il, Elmar Səmədov, Ağaəli Yəhyayev və Bilal Əhmədov isə 4 il yarım azadlıqdan məhrum ediliblər.

Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna deyib ki, təqsirləndirilənlərin istəyindən asılı olaraq, Apelyasiya Məhkəməsinə şikayət edəcəklər.

Bu il fevralın 13-də bir qrup dindar icazəsiz aksiya keçirmişdi. Aksiyaya polis müdaxilə edəndə dindarlarla polis arasında qarşıdurma yaranmışdı.

XS
SM
MD
LG