Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

«Mübariz İbrahimovun cəsədinin alınmasında səylər davam etdiriləcək»


«Azərbaycan Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun cəsədini Ermənistandan almaq üçün səylərini davam etdirəcək və bu məsələdə bütün imkanlarını səfərbər edəcək».

Bunu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Nazirliyin açıqlamasında qeyd olunur ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına riayət etməyərək avqustun 2-də Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkilləri internet resurslarında yayıblar.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.

Ermənistan tərəfinin məsələyə münasibəti hələ ki məlum deyil.
XS
SM
MD
LG