ABŞ prezidenti Barak Obama bildirir ki, əvvəllər planlaşdırldığı kimi 2010-cu il avqustun 31-də ABŞ əsgərlərinin İraqda missiyası başa çatır.
Prezident Obama Atlantada veteranlar qarşısında çıxışında bildirib ki, artıq bu ölkədəki hərbi hissələr avadanlıqları ilə birlikdə İraq ordusuna təhvil verilir. İraq hökuməti ilə razılaşmaya görə gələn il İraqda qalan az sayda ABŞ əsgərləri yerli ordunun təlimləri ilə məşğul olacaq.
ABŞ prezidenti deyib ki, Əfqanıstanda da Əl-Kaidənin tam məğlubiyyətindən sonra ABŞ əsgərləri öz evlərinə qayıdacaqlar.
Barak Obama prezident seçkisi kampaniyası zamanı söz vermişdi ki, 2011-ci ilin sonuna qədər İraqdan ABŞ əsgərləri çıxarılacaq.
ABŞ öz müttəfiqləri ilə birlikdə 2003-cü ilin yazında İraqa daxil olmuşdu. Az sonra İraqın nüvə silahı yaratmaq və beytnəlxalq terrorizmə dəstək verməkdə ittiham edilən Səddam Hüseyn rejimi devrildi. İraq diktatoru Səddam Hüseynin həmin ilin dekabr ayında ələ keçirildi, 2006-cı ildə isə İraq məhkəməsinin hökmü ilə edam edildi.