Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 15:22

«Qafqaz əmiri» istefa verdi


Doku Umarov və onun varisi Vadalov
Doku Umarov və onun varisi Vadalov
Şimali Qafqaz yaraqlılarının lideri, çeçen komandir Doku Umarov elan edib ki, səhhəti ilə bağlı istefaya gedir və öz yerinə varisini təyin edir.

Onun bu barədə bəyanatı Şimali Qafqaz yaraqlılarının istifadə etdiyi – kavkazcenter.com saytında yerləşdirilib.

46 yaşlı Umarov deyib ki, istefaya getməsi mübarizəni dayandırması demək deyil, o, yeni rəhbərliyə öz ifadəsi ilə desək “cihad”da kömək edəcək.

Azadlıq Radiosunun Şimali Qafqaz redaksiyasının əldə etdiyi videoda Umarov olduğu güman edilən şəxs bildirir ki, Aslambek

VADALOV ONUN LAYİQLİ DAVAMÇISI OLACAQ

“Mən Qafqaz əmiri vəzifəsindən istefa verirəm. Hesab edirəm ki, qardaşımız Aslambek daha gəncdir, daha enerjilidir və fərqli nəticələr əldə edəcək. Amma bu o demək deyil ki, mən cihada son verirəm. Allah qoysa, qoca mücahid kimi sözdə və əməldə bu iş üçün əlimdən gələni edəcəyəm”.

O qədər də aydın olmayan videogörüntüdə Umarov iki nəfərlə birlikdə sıx meşəlikdə oturub. Onlardan birinin yeni komandir Vadalov olduğu güman edilir.

Elə həmin videoda Umarovun sağ əli - Qakayev Vadalovu dəstəkləyir – deyir ki, Vadalov müstəqil Çeçen əmirliyi yaradılması ideyasına sadiqdir.

“Biz qardaşımız Dokunun etdiyi dəyişikliklə razıyıq. Və biz qardaşlarımızdan – dağıstanlı, inquş və kabardinlərdən də xahiş etmişik ki ona sadiqlik göstərsinlər”.

Hələ ki

RUS RƏSMİLƏRİNDƏN KİMSƏ VİDEOYA MÜNASİBƏT BİLDİRMƏYİB

“Qafqaz düyünü” saytının redaktoru Qriqori Şvedov deyib ki, Umarovun bəyanatı Qafqazda yaraqlıların tezliklə silahı yerə qoymayacağı, mübarizəni davam etdirəcəyini göstərir.

Umarov Şimali Qafqaz yaraqlıları arasında sıx birlik yaratmışdı. Amma iyunun ortalarında inquş komandir Əmir Maqas Rusiya Federal Təhlükəsizlik Xidməti – FSB tərəfindən həbs ediləndən sonra həmin birliyə şübhə edənlər olmuşdu.

Maqas bir şəxsi evdə həbs olunmuşdu, orada o, bir neçə günlüyünə qalırdı.

Bu həbsdən sonra bəziləri Maqası yaraqlıların öz içindən kiminsə satdığını və FSB-yə xəbərçilik etdiyini söyləməyə başlamışdı.

Azadlıq Radiosunun Şimali Qafqaz üzrə analitiki Liz Füller deyir ki, Vadalov Umarovdan gəncdir – yaşı 35-40 arasıdır.

O, Şimali Qafqaz bölgəsinin şərq hissəsində bir neçə ildi ki, yaraqlılara rəhbərlik edir. Onun ən xarakterik cəhəti isə

UMAROVA TAM SADİQ OLMASIDIR.


“O, Umarova 100 faiz sadiq şəxsdir. Bu cəhət isə yaraqlıların arasında çox vacibdir. Çünki FSB daim onların arasına casus salmağa çalışır”.

Indiyə qədər Umarov bir neçə dəfə video müraciətlər yayımlayıb. İyunda yayılan videoda o, Moskva metrosunda 40 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürür. Onun qrupu 2009-cu ildə Moskva-Sankt Peterburq qatarının partladılmasına görə də məsuliyyəti öz üzərinə götürmüşdü, onda 26 nəfər ölmüşdü.

Umarov çeçen yaraqlılarına 1994-cü ildə qoşulub və hər iki Çeenistan müharibəsində rus ordusuna qarşı vuruşub.

Həm Rusiya, həm də Amerika Umarovu terrorçular siyahısına salıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG