Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 17:30

İsrailin Türkiyə gəmisinə hücumunu araşdıracaq BMT komissiyası yaradıldı


İsrail əsgərlərinin Türkiyə gəmisinə hücumu zamanı çəkilmiş videodan, 31 may 2010
İsrail əsgərlərinin Türkiyə gəmisinə hücumu zamanı çəkilmiş videodan, 31 may 2010
BMT-nin Baş katibi Ban-ki-Mun avqustun 2-də İsrailin Türkiyə gəmilərinə hücumunu araşdıracaq komissiyanın yaradıldığını elan edib. Yeni Zelandiyanın keçmiş baş naziri Geoffrey Palmerin rəhbərlik edəcəyi dörd nəfərlik komissiyaya Türkiyə və İsrailin nümayəndələri də daxildir.

Qərara görə komissiya avqustun 10-dan araşdırmalara başlayacaq və ilk hesabatını avqsutun ortalarında BMT-yə təqdim edəcək.

Qəzzaya humanitar yük aparan gəmi karvanındakı Türkiyə gəmisinə İsrail əsgərləri bu il mayın 31-də hücum etmişdilər. Hücumda doqquz nəfər Türkiyə vətəndaşı qətlə yetirilmişdi. Bu hadisədə sonra İsraillə Türkiyə arasında münasibətlər korlanıb. Ankara tələb edir ki, İsrail hadisəni beynəlxalq komissiyanın araşdırmasına razılaşmasa, bu ölkə ilə bütün əlaqələrini kəsəcək. İndiyə qədər İsrail buna razılıq vermirdi.
XS
SM
MD
LG