Pakistanda sel nəticəsində ölənlərin sayı 1100 nəfəri keçib. Bu haqda Pakistanın informasiya naziri Mian İftixar Hüseyn məlumat verib. Ümumilikdə isə, təbii fəlakətdən 1 milyon yarımdan artıq insan ziyan çəkib.
ABŞ-ın dövlət Katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar Pakistana ilkin yardım olaraq 10 milyon dollar və zəruri avadanlıq göndərir.