Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişir


Bununla bağlı Baş Qərarkahda keçiriləcək toplantıda baş nazir Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək.

Toplantıda rəhbər dəyişikliyi, habelə bir qrup zabitə yeni rütbə və vəzifələr verilməsinə baxılacaq.

Qeyd edək ki, Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuq avqustun 30-da xidmət müddətini başa vuraraq təqaüdə çıxır.

Ölkənin hərbi qanunvericilik aktlarına əsasən , bu vəzifəyə Quru Qoşunlarının komandanı, ordu generalı İşıq Koşanerin təyin ediləcəyi gözlənilir.
XS
SM
MD
LG