Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:32

Ölüm ayağında olan anamın şəklini çəkə bilərsənmi?


Rəna Əfəndi

«İlk dəfəydi ki, ölüm ayağında olan adamı yaxından görürdüm».

Bu şəkli doğma Bakının bir məhəlləsində, köhnə qonşularımdan birinin evində çəkmişəm. 90-cı illərin sonlarında ölkəyə axan yeni neft pulları tikinti bumu doğurmuşdu. Yeni çoxmərtəbəli binaları tikəndə köhnə evləri zədələnmişdilər.

Dörd il köhnə məhəllələrdə işlədim, küncə sıxışdırılmış adamları, yerləri fotoaparatın yaddaşına köçürdüm.

Şəkildə soldakı kişi mənə küçədə yaxınlaşdı. O, fotoaparatla gəzdiyimi görmüşdü. Soruşdu ki, onun ölüm ayağında olan anasının şəklini çəkə bilərəmmi? Dedi ki, anasının ömrünün son günüdür, istəyir ki, bir xatirə şəkli çəkdirsin.

FOTOQRAFİYA ÖZGƏ CÜR GEDƏ BİLMƏDİYİN YERLƏRƏ GETMƏYƏ İMKAN YARADIR

O, yaşlı adam idi, mən isə 25 yaşlı qadın. O, mənə nəzakət göstərir. Bu situasiyanın özü ənənəvi davranışa tamamilə zidd idi.

Bu şəkil ilk dəfə mənə göstərdi ki, fotoqrafiya özgə cür gedə bilmədiyin yerlərə getməyə imkan yaradır.

Biz ora çatanda mən heyrətə gəldim. Birinci dəfəydi ki, yaxından kiminsə ölməyini görürdüm. Pəncərədən süzən işıqda qoca bir qadın agappaq ağarmışdı, nəfəsi güclə gedib-gəlirdi. Həmkarım gördü ki, mən iflic oluram, ona görə də pıçıldadı: «15-də 2.8».

Mən fotoaparatımı sazladım və bir neçə şəkil çəkdim.

Yerim elə idi ki, hərəkət edə bilmirdim, ona görə də ordan bir neçə şəkil çəkdim. Kişi telefonla qohumlarına zəng eləyirdi, bilmədim arvadıdır, ya qızı, ona vəziyyəti danışırdı.

BAKIDA BƏZİ KÖHNƏ EVLƏRDƏ QƏZETDƏN DİVAR KAGIZI KİMİ DƏ İSTİFADƏ EDİRLƏR

Mən hətta divara vurulan qəzetlərə də fikir verməmişdim. Bakıda bəzi köhnə evlərdə qəzetdən divar kagızı kimi də istifadə edirlər. Sonra, fotoşəkli çıxaranda gördüm divardan gülümsəyən qadınları...

Fotoşəkli elə ancaq bir yerdən durub çəkirdim, onda hətta fikirləşdim ki, gərək yaxından götürəm. Amma əllərim əsdi, ona görə də şəkil tutqun alındı.

Özümü mərhəm anlara şahid etməyə imkan yaradılan adam kimi hiss eləyirdim. Bakının köhnə məhəllələrində köhnə adət-ənənə hökm sürür, amma fotoqrafiya yenidir və o, yeni sosial rollara yol açır.

Bir neçə gün sonra şəkilləri çıxarıb yenidən həmin evə apardım. Çöldə yas mağarı qurulmuşdu. Kişi fotoşəkilləri götürüb mənə təşəkkür elədi. İndiyədək nə onun, nə də anasının adını bilirəm. O demədi. Mən də soruşmadım. Bu sirrə əl aparmaq istəmədim.

/«Guardian»dan tərcümə etdi: Səadət Akifqızı/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG