Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Hamiləlikdən 6 həftə sonra dölün oğlan, yoxsa qız olduğunu öyrənmək mümkündür


Dünyada hər 100 qıza 103-107 oğlan doğulur
Dünyada hər 100 qıza 103-107 oğlan doğulur
Doğumla bağlı texnologiyanın inkişafında yeni xəbər var. Əvvəllər ultrasəs müayinəsiylə valideynlər gələcək övladlarının hansı cinsdən olacağını öyrənirdilər.

Britaniyanın «DNA Voldvayd» şirkəti hamiləlikdən cəmi 6 həftə sonra ana bətnindəki dölün oğlan, yoxsa qız olduğunu söyləməyə imkan verən yeni metod tapıb. Qiyməti 380 dollardır.

Əvvəllər ana bu cür testdən hamiləlikdən yalnız 11 həftə sonra keçə bilərdi.

«DNA Voldvayd»ın yeni metodu isə belədir. Ananın qanından nümunə götürülür. Orada dölün DNK-sı analiz olunur. Doğrudur, testin nəticəsi ultrasəs müayinəsində olduğu kimi 100 faiz dəqiq deyil. Amma şirkət təminat verir ki, rəy yanlış çıxsa, ödənilən məbləğ geri qaytarılacaq. Bu testi verməksə o qədər çətin də deyil. Ana çeçələ barmağından qan nümunəsi götürüb onu poçtla şirkətə göndərə, cavabını da eyni qaydada poçtla ala bilər.

ABŞ-ın «Aku-Gen» adlı bir şirkəti də 2005-ci ildə bənzər üsul işləyib hazırlamışdı. Ancaq o şirkət yalnız ABŞ daxilindəki pasiyentlərə xidmət edir. «DNA Voldvayd» isə Çin və Hindistan istisna olmaqla, dünyanın istənilən nöqtəsindən göndərilən qan nümunələrini yoxlayıb
Çində doğulan hər 100 qıza 118, onun bəzi əyalətlərində isə hətta 130 oğlan uşağı düşür
rəyini bildirir.

Çin və Hindistanın istisna təşkil etməsinə səbəb odur ki, uşağın cinsi səbəbindən hamilə qadınlar ən çox aborta məhz bu ölkələrdə məruz qalırlar.

«DNA Voldvayd»ın etika kodeksində qeyd olunur ki, Böyük Britaniya uşaqların bir cinsini o birindən üstün tutmayan liberal cəmiyyətdir. Bu cəmiyyətdə uşaq dünyaya gətirib-gətirməmək məsələsi müstəsna olaraq ananın ixtiyarındadır.

Dünyada hər 100 qıza 103-107 oğlan doğulduğu halda, Çində doğulan hər 100 qıza 118, onun bəzi əyalətlərində isə hətta 130 oğlan uşağı düşür. Cinslərarası disproporsiyanı Sinqapur və Tayvanda da müşayiət etmək olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG