Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

ABŞ erməni müxalifətini Qarabağ məsələsinə qoşur


Mari Yovanoviç
Mari Yovanoviç
ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mari Yovanoviç Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və Ermənistan-Türkiyə münasibətlərinin perspektivlərini müzakirə edib.

Bu barədə məlumatı Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin məlumat xidməti yayıb.

Levon Ter-Petrosyan görüş çərçivəsində siyasi məhbusların azadlığa buraxılması, iqtisadiyyatın bərpası, demokratiya və korrupsiyanın qarşısının alınması ilə bağlı məsələləri də qaldırıb.

Səfir və müxalifət lideri regional siyasətlə bağlı mövzulara da toxunublar.

Görüşdə Ermənistan müxalifətinin və ABŞ səfirliyinin nümayəndələri ilə yanaşı, Amerika Dövlət Departamentinin eksperti Pol Stronski də iştirak edib. /ANS/
XS
SM
MD
LG