Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Amerikanın ən populyar yazarlarından biri xristianlıqdan imtina etdi


İndiyəcən 100 milyon nüsxə kitabı satılmış 68 yaşlı Amerika yazıçısı Ən Rays xristianlıqdan imtina edib.

Daha çox “Vampir xronikaları” (1976-2003) silsiləsindən olan romanları ilə tanınan Rays Facebook sosial şəbəkəsində elan edib ki, katolik kilsəsinin müasir dünyanın problemlərinə yanlış münasibəti onu bu addımı atmağa vadar edib.

“Mən xristianlıqdan imtina edirəm.

Mən anti-gey olmaqdan imtina edirəm.

Mən anti-feminist olmaqdan imtina edirəm.

Mən doğumun süni tənzimlənməsi əleyhinə olmaqdan imtina edirəm.

Mən dünyəvi humanizmə qarşı olmaqdan imtina edirəm.

Mən elmin əleyhinə olmaqdan imtina edirəm”.

Amma yazıçı... İsa peyğəmbərə inanmaqda davam etdiyini deyir:

Raysın ailəsi dindar olsa da, o, 18 yaşında xristianlıqdan imtina etmişdi.

Amma 2005-ci ildə ağır cərrahiyyə əməliyyatı keçirəndən sonra yenidən dinə qayıtmışdı, kilsənin bir çox ictimai məsələlərə münasibətini bölüşməsə də.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG