Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:15

«Daşkəsən işi» üzrə məhkəmə başlayır


Bu il yanvarın 28-də Daşkəsən rayonunda «N» saylı hərbi hissədə 6 hərbçinin ölməsi, ikisinin yaralanması ilə nəticələnən silahlı insidentin istintaqı yekunlaşıb. Cinayət işinin materialları baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib.

İş hakim Rəşid Hüseynivun icraatındadır. Məhkəmədən AzadlıqRadiosuna verilən xəbərə görə, bu iş üzrə hazırlıq iclası avqustun 13-nə təyin edilib.

Təqsirləndirilən şəxslər, hərbi hissənin zabitləri - Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev rüşvət alma, səlahiyyət həddini aşma, hərbi qulluqçunu təhqir etmə, döymə, işgəncə vermə və başqa maddələr üzrə ittiham olunurlar.

Bu il il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissədə əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov hərbi hissənin divizion komandiri, polkovnik-leytenant Yusif Gümayevi, qərargah rəisi, kapitan Vasif Sadıxovu, baş leytenant Anar Quliyevi və baş gizir Elgün Səmədovu qətlə yetirib, zabitlər Vazeh Babayevi və Samir Abbasovu yaralayandan sonra özlərini öldürüblər.
XS
SM
MD
LG