Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:26

Qırğızıstan prezidenti Oşda yerli sakinlərlə görüşüb


Qırğızıstan prezidenti Roza Otunbayeva bu gün ölkənin cənubundakı Oş şəhərində qubernator və hələ də itkin düşmüş qohumlarını axtaran yerli sakinlərlə görüşüb.

Günün sonunda onun Oşdakı çoxmillətli Assambleyanın üzvləri , sabah isə regional və şəhər rəsmilərilə görüşəcəyi gözlənilir.

Oşun Şəhər şurası ATƏT ölkələrinin ölkənin cənubuna 50-ə yaxın polis qüvvələri göndərməsiylə bağlı Bişkeklə əldə olunmuş razılaşmaya qarşı çıxır.

Otunbayeva isə Şəhər Şurasını razılaşmanın əsas məqsədini başa düçməməkdə tənqid edib.

Bu ilin iyununda ölkənin cənubundakı Oş və Calalabad şəhərlərində baş vermiş etnik toqquşmalarda 300-ə yaxın adam ölüb.




XS
SM
MD
LG