Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 23:01

"Qarabağ" Polşa klubunu məğlub etdi


UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın "Qarabağ" komandası Polşada "Visla" (Krakov) komandasını 1-0 məğlub edib.

Qolu 70-ci dəqiqədə Vüqar Nadirov vurub.

83-cü dəqiqədə - kobud oynayan "Visla"lı Bunoza ikinci sarı vərəqə alaraq meydandan qovulub.

91-ci dəqiqədə Emin İmaməliyev rəqib oyunçunu cərimə meydançasında yıxıb. Penalti təyin edilib.

Amma "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev 11 metrlik cərimə zərbəsinin qarşısını ala bilib.

Bu qələbə "Qarabağ"a Bakıda keçiriləcək cavab oyununda üstünlük verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG