Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:51

Baş prokuror hüquq müdafiəçiləri ilə görüşüb


İyulun 29-da Baş prokuror Zakir Qaralov Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ilə görüşüb.

Baş Prokurorluğun yaydığı xəbərdə deyilir ki, Zakir Qaralov qanunazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin diqqət mərkəzində saxlandığını bildirib.

Hüquq müdafiəçiləri onları maraqlandıran bir sıra məsələlər, o cümlədən Monitorinq Qrupuna daxil olmuş müraciətləri Baş prokurorun nəzərinə çatdırıblar.

Baş prokuror həmin məsələlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılacağını və qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.
XS
SM
MD
LG