Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 15:48

Müsavat və DUİ-nin istəyi rədd edildi


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın iyulun 31-ə şəhərin mərkəzində keçirmək istədiyi mitinqə icazə verməyib. Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu isə deyir ki, partiya mitinqi keçiləcək:

«Mitinq şəhərin mərkəzi yerlərindən birində keçiriləcək. Saatını və digər detalları mediaya sabah açıqlayacağıq».

Müxalifətin sonuncu etiraz aksiyası iyulun 3-də keçirilmişdi. Həmin gün Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq Hüseyn Cavid bağında, AXCP isə Kukla Teatrının yaxınlığında icazəsiz mitinq keçirmişdi. Polis hər iki aksiyanı dağıtmışdı.
XS
SM
MD
LG