Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:21

BMT rəsmisi Qırğızıstanın cənubuna gedib


BMT-nin insan haqları üzrə ali komissarının müavini Kan Qyun Ba Qırğızıstanın Oş şəhərinə gedib.

O, səfər zamanı ölkənin cənubunda yaşayan milli azlıqların vəziyyəti ilə tanış olacaq.

İnterfaksın məlumatına görə BMT rəsmisinin səfəri yerli rəhbərlik üçün gözlənilməz olub və buna görə də onu yalnız Qırğızıstan XİN-nin əməkdaşlraı müşaiyət edirlər.

Bu ilin iyununda Qırğızıstanın cənubunda qırğızlarla özbəklər arasinda baş vermiş toqquşmalarda yüzlərlə adam ölüb.

Hüquq müdafiəçiləri ölkənin cənubunda etnik özbəklərin təqib olunması hələ də davam edir.
XS
SM
MD
LG