Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım (ÜSY) siyasəti üzrə şöbəsinin rəhbəri Natiq Qasımov un sözlərinə görə, ünvanlı sosial yardımı alanlarla sosial müqavilələrin bağlanması nəzərdə tutulur.
Onun sözlərinə görə, ilk yenilik ÜSY alanların üzərinə müəyyən öhdəliklərin qoyulması çərçivəsində sosial müqavilələrin bağlanması olacaq ki, bu da məşğulluğun artmasına, aztəminatlı ailələrə sosial xidmətlərin göstərilməsinə, yardımın effektiv istifadəsi üçün şəraitlərin yaradılmasına gətirib çıxaracaq.
Natiq Qasımov bildirib ki, hazırda Dünya Bankı ilə birlikdə ÜSY-nin verilməsi üzrə yeni proqram hazırlanır. Bu, əhalinin aztəminatlı təbəqəsi üçün gələcəkdə özlərinin təmin edilməsi üzrə ailələrin yoxsulluğuna təsir edən amillərin aradan qaldırılması vasitəsilə şəraitlərin yaradılmasına xidmət edəcək.
Onun sözlərinə görə, bu proqramın tətbiqi üzrə iki pilot zona kimi Quba və İsmayıllı seçilib.
Gələn ilin ortalarında, «Ünvanlı sosial yardım haqqında» qanuna dəyişikliklər edildikdən sonra, 2012-ci ildən bu proqramın bütün respublikada tətbiqi nəzərdə tutulur.
Ölkədə 130 mindən çox ailə ünvanlı sosail yardım alı ÜSY alır.