Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:47

«Gilan» MMC Avropa Məhkəməsinə verilib


Tbilisi prospektindəki 1.41 hektar torpaq sahəsi şirkətə ayrılıb
Tbilisi prospektindəki 1.41 hektar torpaq sahəsi şirkətə ayrılıb
- Deyirdilər sizi köçürəcəyik, qarşılıqlı razılaşma şəklində. Hamınızı razı salacağıq. İlk görüşlərdə özlərini çox mədəni apardılar, sonrakı gedişatdan məlum oldu ki, əslində bunların iç üzü başqadır. İnandırım sizi ki, bu iki ildə başımıza nə oyunlar gətiriblərsə, heç düşmən də adama belə zülm eləməz.

- Tikmək istəyir lap yaxşı, gəlsin ev yiyəsinin pulunu versin, tiksin. Bunlar isə elə eləmədilər, özbaşına sökdülər, dağıtdılar, sonra da məcbur elədilər camaatı ki, evlərindən çıxsınlar.

Bunu Bakıdakı Tbilisi prospektinin «Köhnə avtovağzal» kimi tanınan əraziyə yaxın hissəsində artıq sökülmüş evlərdə 2 il əvvələ kimi yaşamış sakinlər deyirlər.

Rəsmi sənədlərdə göstərilir ki, «Gilan» MMC-nin müraciətinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 11 may 2007-ci il tarixli sərəncamı ilə Tbilisi prospektindəki 1033-cü məhəllədə «Zərgər» müəssisəsinə məxsus torpaq sahəsinə bitişik torpaq da daxil olmaqla 1.41 hektar torpaq sahəsi şirkətə ayrılıb. Şirkət həmin ərazidə ofis, çoxmərtəbəli yaşayış binası, ticarət mərkəzi, yeraltı qaraj və avtodayanacaq, istirahət meydançası və buz meydançası olan müasir tipli kompleks tikməyi planlaşdırıb. Həmçinin həmin sərəncamla ərazidəki yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi də «Gilan» MMC-yə həvalə edilib.

MÜLKİYYƏTÇİLƏR ŞİRKƏTİN ŞƏRTLƏRİ İLƏ RAZILAŞMAYIBLAR

Sakinlərin sözünə görə, «Gilan» MMC-nin nümayəndələri iki il əvvəl əraziyə gələrək sakinlərə təklif ediblər ki, mülkiyyətlərində olan həyət tipli mənzillərini şirkətə satsınlar. Lakin mülkiyyətçilərlə şirkət arasında razılıq əldə olunmayıb. Belə ki, mülkiyyətçilər şirkətin şərtləri ilə razılaşmayıblar.

Evi sökülmüş və hazırda kirayədə yaşayan Cahangir Mehdiyev deyir ki, şirkət sakinləri ərazidən köçürmək üçün polisin köməyindən istifadə edib:

«Ortancıl qardaşımı şərləyib polisə aparmışdılar, guya ki, fəhlənin qabırğasını sındırıb. Ancaq sual verən olmadı ki, bu fəhlə mənim evimdə nə gəzirdi axı?».

«DEDİLƏR FƏHLƏNİ DÖYMÜSƏN»


Cahangir Mehdiyevin qardaşı İlqar Mehdiyev isə başına gələnləri belə danışır: «Gəldilər şər atdılar üstümə. Dedilər fəhləni döymüsən. Hansı ki, fəhlələr məni döymüşdülər. Dedilər ki, şahidlər də var, fəhlənin qabırğasını sındırmısan».

İlqar Mehdiyev deyir ki, onu Yasamal rayon Polis İdarəsində saxlayaraq barəsində cinayət işi açacaqlarını deyiblər. Ancaq 5-6 saat sonra azad ediblər. Geri qayıdanda görüb ki, evinin heç divarları da qalmayıb. Əraziyə gətirilən ağır texnika ilə evi uçurublar. Yalnız bu vaxt başa düşüb ki, əslində onu polis idarəsində ona görə saxlayıblar ki, evinin söküntüsü zamanı ekskavatorlara maneçilik
Şirkət sakinləri ərazidən köçürmək üçün polisin köməyindən istifadə edib
törətməsin.

Mülkiyyətçilərdən biri Zemfira Süleymanovanın oğlu Elçin Süleymanov isə deyir ki, şirkət həmin evdə qeydiyyatda olan qardaşlarından birinə yeni tikililərdən birində 1 otaqlı mənzil və 20 min manat pul verib. Ailənin daha iki üzvünə də mənzil və pul təklif olunub. Birinə 3 otaqlı mənzil və 20 min manat pul, bir üzvünə isə 2 otaqlı mənzil və 20 min manat pul təklif olunub. Lakin təklif olunanla razılaşmayıblar. Şirkət Süleymanovları məhkəmə yolu ilə mənzildən çıxarıb:

İNDİ SÖKÜNTÜ ƏRAZİSİNDƏ CƏMİ BİR MƏNZİL QALIB

«Bizi məhkəməyə verdilər bu iddiayla ki, bizə 100 min manat verilməklə mülkiyyət hüquqlarımıza xitam verilsin. Məhkəmə iddialarını təmin elədi, yuxarı məhkəmələr də qətnaməni qüvvədə saxladı».

Elçin Süleymanov deyir ki, həmin ərazidə yaşayanların əksəriyyəti şirkət nümayəndələri tərəfindən hədələnməklə, polisə aparılmaqla, məhkəmələrin ədalətsiz qətnamələri əsasında evlərindən çıxarılıblar.

İndi söküntü ərazisində cəmi bir mənzil qalıb. Mənzilin sahibi Hüseyn Qasımov deyir ki, keçmiş qonşuları şirkət işçilərinin vədlərinə aldanaraq təqdim etdikləri müqavilələrə qol çəkiblər. Ona görə də indi evsiz qalıblar. O isə qonşularından fərqli olaraq işini əvvəldən möhkəm tutub:

«Biz birinci gündən onlarla razılığa gələ bilmədik. Çünki bizdə 400 kvadratmetr olan həyət evidir, ancaq bizi aparıb hərəmizə bir üçotaqlı ev göstərirlər ki, 60-cı illərin «Xruşovka» binalarında, 4-cü mərtəbəsində, o binaların istismar müddəti 15-20 il bundan qabaq bitib».

«Gilan» MMC-nin hüquqşünası Vüsal Dadaşov narazılarla razılaşmır. Deyir, söküntü işlərinə başlanmamışdan şirkət evi sökülən sakinlərə yaxşı məbləğdə kompensasiyalar təklif edib. Lakin sakinlər daha yüksək məbləğlərdən danışıblar ki, bu səbəbdən də şirkət sakinləri evlərindən məhkəmə yolu ilə çıxarmalı olub:

«ONLARA KOMPENSASİYALAR ÖDƏNİLİB, EVLƏR VERİLİB»

«Onlar bizi məhkəməyə veriblər, kompensasiya alıblar. Adamlar biləndə ki, bir yeri sökəcəklər, plana düşüb, çalışırlar çox pul alsınlar. Bir adam var, 10 kvadratmetr yeri var, 1 milyon istəyir. İndi biz ona 1 milyonmu verək? Kim verər onu? Ona görə onlar məhkəməyə verirlər, məhkəmə yolu ilə bazar qiyməti ilə dəyərləndirilir, onlara kompensasiyalar ödənilib, evlər verilib».

Namizəd Səfərov
Şirkətin hüquqşünası deyir ki, məhkəmə qətnamə çıxararkən əsas kimi onu götürüb ki, mülkiyyətçilər öz hüquqlarından sui-istifadə edirlər:

«Tutaq ki, bütün binanı almışam, sökmüşəm, 10 kvadratmetrlik ev qalıb, düzdür, ora sənin mülkiyyətindir, ancaq sən bu hüququndan istifadə edirsən, bilirsən mən oranı sökməsəm heç bir iş görə bilməyəcəm, məndən 5 milyon pul istəyirsən».

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, istər dövlət, istərsə də özəl şirkət hər hansı yaşayış ərazisini boşaldıb yerində tikinti aparmaq istəyirsə, mülkiyyətçinin istəklərini mütləq nəzərə almalıdır. Lakin mülkiyyətçi də bu hüququndan istifadə edib mülkiyyətində olam əmlakını qədərindən artıq qiymətləndirməməlidir:

«MÜLKÜ VƏTƏNDAŞIN ƏLİNDƏN ZORLA ALA BİLMƏZLƏR»


«Heç bir halda mülkü vətəndaşın əlindən zorla ala bilməzlər. Qanunda da yazılıb ki, vətəndaşın mənzili mütləq satın alınmalıdır. Yəni ortada alqı-satqı müqaviləsi olmalıdır, yəni razılaşma, müqavilə olmalıdır. Əgər tərəflər aralarında razılığa gələ bilmirlərsə, mübahisəni məhkəmə həll edir».

Evləri sökülmüş və hazırda kirayələrdə yaşayan Zemfira Süleymanova və Cahangir Mehdiyev isə yerli məhkəmə instansiyalarını keçdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Avropa Məhkəməsindən onlara şikayət məktublarının məhkəməyə daxil olması barədə məktub göndərilib.
XS
SM
MD
LG