Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

Bako Saakyan Haaqa Məhkəməsinin qərarını «mühüm hadisə» adlandırıb


«Əgər Haaqa məhkəməsinin Kosovanın müstəqilliyini tanıma qərarı beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı da tanıması ilə nəticələnəcəksə, biz bu qərarı alqışlayırıq».

Separtatçı Dağlıq Qarabağın lideri Bako Saakyan jurnalistlərə açıqlamasında belə deyib. Son üç ildə ilk dəfə mətbuat konfransı keçirən Saakyan Haaqa Məhkəməsinin qərarını «mühüm hadisə» adlandırıb. Onun fikrincə, bu qərar yeni siyasi vəziyyət yaradır.

Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə gəlincə, separatçı rejimin lideri bildirib ki, münaqişə kompromis yolu ilə həll olunmalıdır. Saakyan separatçı Dağlıq Qarabağın son statusunu Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş sərhədi çərçivəsində nəzərdən keçirmədiklərini də əlavə edib.

Bako Saakyan Ermənistan prezidenti Serj Sarkisyanın münaqişənin həllində radikal siyasət aparmadığını alqışladığını bildirib.

Rəsmi Bakı isə BMT-nin Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyinin qanunsuz olmaması barədə qərarının Dağlıq Qarabağ danışıqlarına hər hansı təsirini gözləmir.

Ötən həftə Haaqa Məhkəməsi Kosovo ilə bağlı qərarını açıqlayıb və Serbiyadan ayrılmasının beynəlxalq hüquqa zidd olmadığını bildirib.

Kosovonun müstəqilliyini indiyə qədər 69 dövlət tanıyıb.

Azərbaycan Kosovanın müstəqilliyini tanımır.

XS
SM
MD
LG