Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 11:06

Müharibə sirlərinin mətbuata sıdırılması "cinayətdir"


Mətbuata sızan müharibə sirlərinin araşdırlılması və sızmanın vurduğu ziyanın müəyyənləşdirilməsi həftələr sürə bilər. ABŞ-ın Müdafiə nazirliyinin sözçüsü Devid Lapan Wikileaks saytının internetdə yelrəşdirdiyi 90 mindən çox hərbi raport haqda belə deyib. Və məxfi məılumatların mətbuata sızdırılmasını “cinayət” adlandırıb.

Ağ Ev bəyan edib ki, sözügedən sənədlərdə Əfqanıstan müharibəsində iştirak edən resurslar, şəxslər, əməliyyatlar adlarına qədər göstərilib və bu böyük təhlükə törədir.

Sözügedən məxfi məlumatlarda 200-ə qədər dinc sakinin NATO əsgərləri tərəfindən qətlə yetirilməsi və gizlədilməsi, ABŞ ordusunun məhkəməsiz-filansız təhlükəli gördükləri yaraqlı liderləri ovlayan xüsusi dəstətsinin olması haqda faktlar da yer alıb.
XS
SM
MD
LG