Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:01

Rusiya İrana qarşı olan yeni sanksiyalarının əleyhinədir


Rusiya Avropa Birliyinin İrana qarşı olan yeni sanksiyalarının əleyhinədir. Bunu Rusiya XİN nümayəndəsi Andrey Nesterenko bildirib.

Avropa Birliyi İranın əsasən enerji sektorunu hədəf alan yeni, daha sərt sanksiyalar qəbul edib. Bu sanksiyalara İran bankları ilə hər hansı əməliyyatın, neft və qaz sahələrinə investisiya qoyuluşunun qarşısının alınması tədbirləri daxildir.

Tehran hər hansı ilkin şərt qoymadan, nüvə dəyiş-düyüşü əməliyyatı üzrə danışıqlara qayıtmağa hazırdır. Bunu isə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əşğar Soltani sanksiyalardan sonra bildirib.

XS
SM
MD
LG