Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:51

Türkiyənin xarici ticarət naziri Azərbaycana gəlir


Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan bu axşam Azərbaycana gəlir.

Onu tikinti, qida sənayesi, enerji, səhiyyə, turizm, kimya sənayesi və digər sahələri təmsil edən 100-dən artıq türk iş adamından ibarət nümayəndə heyəti müşayiət edəcək. Səfərdə məqsəd iki ölkə arasında iqtisadi və ticarət münasibətlərini genişləndirməkdir.

Nazir Azərbaycana səfərinin sonuncu günündə - iyulun 29-da Azərbaycan-Türkiyə biznes forumunda iştirak edəcək.

Səfər zamanı Çağlayan prezident İlham Əliyev, baş nazir, baş nazirin müavini, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Maliyyə, Vergilər və İnformasiya texnologiyaları nazirləri və Dövlət Gömrük Komitəsinin rəhbəri ilə görüşəcək.

XS
SM
MD
LG