Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Naxçıvan-Moskva marşrutu üzrə yeni aviareys açılıb


İyulun 27-dən başlayaraq həftədə bir dəfə Naxçıvandan Moskvaya birbaşa uçuşlar həyata keçiriləcək.

Naxçıvan beynəlxalq hava limanı və Rusiyanın «Atlant-Soyuz» aviaşirkəti arasında əldə olunmuş razılığa əsasən uçuşlar hər həftənin ikinci günləri Boeing 737-800 təyyarələri ilə həyata keçiriləcək.

Təyyarə Moskvanın “Vnukovo” hava limanından 12.00-da havaya qalxacaq, yerli vaxtla 15.45-də isə Naxçıvana enəcək. Elə həmin gün də 16.45-də Naxçıvandan Moskvaya qayıdacaq.

Bir istiqamətə aviabiletin qiyməti təxminən 170 manat təşkil edir.


«Atlant-Soyuz» aviaşirkətinin Azərbaycana yerinə yetirdiyi ikinci aviareysdir. 2009-cu ilin avqust ayında şirkət Moskva-Gəncə marşrutu üzrə uçuşlara başlayıb.

XS
SM
MD
LG