Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:00

Serbiya parlamenti hökumətə dəstək verir


Serbiya parlamenti hökumətin Kosovonun taleyi ilə bağlı BMT çərçivəsində yeni danışıqlara başlamaq cəhdinə tam dəstək verib.

Beynəlxalq Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyi ilə bağlı qərarını müzakirə etmək üçün deputatlar fövqəladə iclas keçiriblər. 12 saatlıq müzakirələrdən sonra 192 səs lehinə, 26 səs əleyhinə olmaqla hökumətə dəstək qərarı qəbul edib.

Haaqa Məhkəməsi ötən həftə çıxardığı qərarda bildirmişdi ki, Kosovonun müstəqilliyi beynəlxalq hüquqa zidd deyil.

Kosovonun müstəqilliyini indiyə qədər 69 dövlət tanıyıb.

XS
SM
MD
LG