Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun avtobusu aşıb


İyulun 27-də Bakının Qaradağ rayonu ərazisində yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhlələrini daşıyan avtobus yolun əks istiqaməti ilə hərəkət edən minik maşını ilə toqquşub.

Toqquşma nəticəsində avtobus aşıb, avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə (KTM) yerləşdiriliblər.

KTM-dən bildirilib ki, məlum qəza ilə əlaqədar mərkəzə 9 nəfər gətirilib. Onlardan 3 nəfəri ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Qalanları isə yüngül xəsarət alıblar.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır./APA/

Şərhlər (6)

Bu forum dayandırılıb
XS
SM
MD
LG