Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:41

İslamçılar televizora baxmağı qadağan etdilər


İslamçılar Somalinin nəzarət etdikləri ərazilərində insanlara xəbərdarlıq ediblər ki, gətirib televizor və peyk antenalarını təhvil versinlər. Bunu etməyənlər casus sayılacaq.

Əl-Qaidə ilə bağlı olan Şabaab qruplaşması nəzarət etdiyi ərazilərdə sərt şəriət qaydaları tətbiq edib. Hətta qapı və telefon zəngləri, məktəb zəngləri və radioda musiqiyə qulaq asmaq da qadağandır. Futbola və filmlərə baxmaq da yasaq olunub.

Qruplaşma səsucaldanlar vasitəsilə yerli əhaliyə müraciət edib ki, Ramazan başlamamış televizorları və peyk antenalarını təhvil versinlər.
XS
SM
MD
LG