Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:31

Biznemeni oğurlamaqda günahlandırılan dəstə zərərsizləşdirilib


Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, iyulun 24-ü, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Anar Ağayev maskalı şəxslər tərəfindən oğurlanıb. Naməlum şəxslər iş adamını döyərək ondan 100 min manat tələb ediblər. Pulu ödəməyə razılıq verən iş adamı sərbəst buraxılıb. A. Ağayev girovluqdan azad olunan kimi dərhal polisi məlumatlandırıb.

Binəqədi rayon Polis İdarəsi tərəfindən yaradılmış əməliyyat qrupu cinayətkarların izinə düşüb. Məlum olub ki, cinayətkar qrup iş adamını paytaxtda fəaliyyət göstərən “Papiros” kafesinə aparıblar. Onlar iş adamını bir otağa salaraq ağzını və əl qolunu bağlayıblar. Sonra isə ondan 100 min manat tələb edib, razılığa gələnədək onu döyüblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində kafenin sahibi, İlham Zeynalov və dəstənin üzvləri – Mahir Qurbanov, Asim Qurbanov, Nicat Əliyarov, Emin Aslanov və Vüqar Rzayev bu gün səhər saatlarında saxlanılıblar. Onlardan beş ədəd qara maska və silah-sursat götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
XS
SM
MD
LG