Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:24

Türkiyədə kürd yeniyetmələrini azadlığa buraxırlar


“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə hökuməti həbsxanadakı kürd yeniyetmələrini azad etməyə başlayıb.

Onlar zorakı iğtişaşlarda ittiham edilərək tutulmuşdular.

Mardin vilayətində yaşı 15-18 arası olan 5, Mersin vilayətində isə 2 yeniyetmə azadlığa buraxılıb.

Adana vilayətində də azadlığa buraxılan yeniyetmələr var.

Onların həbsdən azad edilməsinə yol açan qanun iyulun 25-də qüvvəyə minib.

Axır illərdə 200-ə yaxın kürd yeniyetmə həbs edilib. Onlardan bəzilərinin 12 yaşı var.

Keçən həftə qəbul edilən qanun belələrinə amnistiya təmin edir və gələcəkdə onların həbsini çətinləşdirir.
XS
SM
MD
LG