ABŞ və Cənubi Koreyaya məxsus hərbi gəmilər və vertolyotlar Koreya yarımadası yaxınlığında sualtı manevrlər həyata keçirirlər.
“Məğlubedilməz ruh” adlı 4 günlük hərbi təlimdə iki ölkənin 20 gəmisi və 8 minə yaxın dəniz qüvvəsi iştirak edir.
Hərbi təlimlər mart ayında Cənubi Koreyanın hərbi gəmisinin batırılmasına cavab olaraq keçirilir. Gəminin batırılmasında Şimali Koreya günahlandırılır. Pxenyan hərbi təlimləri kəskin pisləyib, tərəfləri müharibə ilə hədələyib.