Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

II qrup imtahanının nəticələri açıqlanıb


2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb. Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsində yerləşdirilib. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla «İmtahancell» xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

TQDK-nın məlumatına görə, imtahanının nəticəsinə əsasən 9069 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Abituriyentlərdən iki nəfəri maksimal nəticə - 700 bal toplayıb. 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 518 nəfərdir.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək ixtisaslarını seçə bilərlər.
II ixtisas qrupuna qəbul imtahanı iyulun 23-də keçirilib. TQDK-nın məlumatına görə, bu qrup üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizəsini təsdiq edib. Onlardan 27395 nəfəri imtahanda iştirak edib.
XS
SM
MD
LG