Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:54

İranda həbsdə olan keçmiş deputat buraxılıb


İranın hakim dairələri keçmiş deputat və islahatçı Möhsün Armini azad edib.

O, azadlığa çıxmaq üçün 200 min dollar girov qoyub.

Möhsün Armin qadağan olunmuş İslam İnqilabı Mücahidləri təşkilatının üzvüdür.

İran mətbuatının yazdığına görə Möhsün Armin Evin həbsxanasında saxlanılırmış.

O mayın 16-da evində həbs olunub.

Eyni zamanda mübahisəli prezident seçkilərinin nəticələrini tanımayan digər müxalifətçilərin həbsi barədə məlumatlar gəlir.

XS
SM
MD
LG