Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:20

«Müxbirlər təqib edilirlər»


«Gənc işçi» qəzetinin 1930 –cu il 22 iyul sayında Bayram Zöhrabov imzalı Qarabağ muxbirinin bir məktubu dərc edilib.

«Müxbirlər təqib edilirlər»

Yerlərdə müxbirlərimizi bəzi adını şura işçiləri qoyaraq qoyun dərisinə girmiş qurdların təqib etdikləri haqqında çox yazılmışdır. İndi Qarabağ müxbirlərimizdən Bəhram Zöhrabov yoldaş yenə də muxbirlərin təqib olunduqları haqqında bir məktub yazmışdır. Ağdam şəhərinin işçi klubunda çıxan «müxbir birliyi» adlı divar qəzetəsinin 8–ci nömrəsində kooperativ işçisi Əli Əqbər Zöhrabovun sərxoşluğu haqqında bir məktub dərc olunmuşdur. Bu hərif öz şücaətini qəzetədə oxuyunca kütlə içərisində məqaləni yazan müxbir və divar qəzetəsi heyəti haqqında yaramaz söyüşlər yağdırmağa başlamışdır.

«İləri gedən qoçular»

O gündən etibarən Zöhrabov divar qəzetəsi heyət üzvlərini və muxbiri təqib etməyə başlamışlardır. Yenə də göstərilən divar qəzetəsində Əvəz Əlibekovun haqqında bir məktub yazmışdır.
Divar qəzetəsi asılan kimi Əvəz Əlibəkov əllərini cibinə qoyaraq təşəxxüslə özünü çəkərək muxbiri söyməyə başlamışdır.
Bu qudurğan hərif «o müxbir mənim əlimə düşsəydi, başına üç batron çakardım» deyərək müxbiri hədələmişdir.
Qəribə orasıdır ki, qudurğanlıqlarında bu dərəcədə iləri gedən qoçular haqqında bu vaxta qədər heç bir ölçü götürülməmişdir. Bu səbəbdəndir ki, muxbirlər qorxaraq məktub yazmaqdan geri dururlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG