Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:15

Daha bir Azərbaycan əsgəri həlak olub


Geranboyun Tapqaraqoyunlu kəndi istiqamətində getmiş atışmada daha bir Azərbaycan əsgəri həlak olub.

19 yaşlı əsgər Süleyman İsmayılovun cəsədi bu gün Ramanı qəsəbəsində torpağa tapşırılıb.

ANS-in məlumatına görə, atası Nəbi İsmayılov bildirib ki, iyulun 23-də ona hərbi hissədən zəng vuraraq oğlunun yaralanması barədə məlumat veriblər.
İyulun 24-də isə oğlu keçinib.

1992-ci il təvəllüdlü əsgər Süleyman İsmayılov bu ilin yanvarında Nərimanov rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Allah rəhmət eləsin!

XS
SM
MD
LG