Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Britaniyanın baş naziri Türkiyəyə gedir


Böyük Britaniyanın baş naziri Devid Kameron Türkiyəyə səfərə çıxır.

Səfər zamanı onu xarici işlər naziri Uilyam Heyq müşaiyət edir.

Onlar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.

Bu ilin mayında hakimiyyətə gəlmiş Britaniyanın koalision hökuməti ölkənin xarici siyasətinin gücləndiriləcəyini və böyük 9-lar ölkələrilə əlaqələrin genişləndiriləcəyini vəd edib.

Böyük Britaniya uzun illərdi ki, Türkiyənin Avropa Birliyinə qoşulmasını dəstəkləyir.

Fransayla Almaniya isə buna qarşı çıxırlar.
XS
SM
MD
LG