Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:45

Abxaziya və Cənubi Osetiyanın liderləri Uqo Çaveslə görüşüblər


Müstəqilliklərini elan eləmiş Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanın liderləri Karakasda Venesuela prezidenti Uqo Çaveslə görüşüblər.

Görüşdə diplomatik münasibətlər qurulması da daxil olmaqla, tərəflər arasında bir sıra razılaşmalar imzalanıb.

Uqo Çaves bildirib ki, o bu addımı, Paraqvay,Uruqvay, Kuba, Boliviya, Ekvador, Braziliya və Argentina kimi digər Latınamerika ölkələrindən də görmək istəyərdi.

2008-ci il Rusiya-Gürcüstan münaqişəsindən sonra Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini 4 ölkə-Rusiya, Venesuela, Nikaraqua və Nauri dövləti tanıyıb.

Qalan ölkələr isə bu respublikaları Gürcüstanın tərkib hissəsi hesab edirlər.

XS
SM
MD
LG